Türkiyədə seçki kampaniyası bu tarixdə başlayacaq – EKSKLÜZİV

0

Türkiyədə prezident seçkiləri ilə bağlı püşkatma mərasimi aprelin 2-də keçiriləcək.

Modern.az bu barədə AKP-dəki mənbələrdən məlumat əldə edib.

Püşkatma prosesi namizədlərin seçki siyahısında yerlərinin sıralanması ilə əlaqədardır. Məlumata görə, aprelin 11-dən sonra namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək.

AKP-nın seçki kampaniyalarına ilk olaraq paytaxt Ankaradan başlanılması gözlənilir. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar böyük mitinqlərin keçirilməsi planlaşdırılmır.

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri 14 may tarixində keçiriləcək. Seçkinin favorit namizədləri hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət ittifaqı”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu hesab olunur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »