Koronavirusa yoluxanların sayı azalır

0

2023-cü ilin fevral ayının 20-dən martın 19-dək dünyada 3,7 milyondan çox insan koronavirusa yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.

Hesabata görə, koronavirusa yoluxan 26 147 xəstə vəfat edib. Əvvəlki 28 günlük hesabat dövrü ilə müqayisədə ölənlərin sayı 46%, yoluxanların sayı 31% azalıb.

Bildirilir ki, qeyd olunan dörd həftə ərzində ən çox yoluxma ABŞ-da (792 202 nəfər), Rusiyada (339 564), Çində (320 029), Yaponiyada (291 672) və Almaniyada (281 468) aşkar edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »