Ərdoğandan İstanbul etirafı: Viza tətbiq edək!

0

İstanbulu yaxşı tanıyıram. Zəlzələnin təhlükə yaratmadığı şəhər yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulu gözləyən mümkün təbii fəlakətlə bağlı iddialara cavabında deyib.

“Zəlzələ ilə bağlı hay-küy salınmasını doğru hesab etmirəm. İstanbulun bələdiyyə başqanı olanda “İstanbula girişə viza tətbiq edək” deyə bir tezisim var idi. Məsələn, Londona daxil ola bilməzsiniz, bəlli qaydaları var. Səbəbi nəqliyyatdır. Hazırda İstanbulda 15 milyon əhali yaşayır. İstanbul gözlənildiyi kimi planlanmayıb. Heç kim o planları qurmur, heç kim o planlara əməl etmir. Bizim şəhərsalma planlarımız var. Biz bunları böyük ölçüdə həyata keçirmişik”, – deyə Ərdoğan bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »