Britaniya hərbi büdcəsini artırır

0

Böyük Britaniya hökuməti Ukraynadakı münaqişə fonunda qarşıdakı iki il ərzində müdafiə xərclərini 5 milyard funt sterlinq (6 milyard dollar) artıracaq.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, 3 milyard funt-sterlinq (3,6 milyard dollar) nüvənin qarşısının alınması qüvvələrinin inkişafı üçün istifadə olunacaq, qalan məbləğ isə Ukraynaya ötürülən sursat və silah ehtiyatlarının artırılmasına yönəldiləcək:

“Uzunmüddətli perspektivdə Böyük Britaniya hərbi xərclərini ÜDM-in 2,5%-nə (hazırda 2%-dən bir qədər çoxdur) çatdırmaq istəyir. 2025-ci ildən sonra müdafiə büdcəsi daha da artırılacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »