Quterreş Gürcüstana çağırış etdi

0

BMT Baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırır.

Bunu Quterreşin müavini Farhan Haq deyib.

“Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, bütün iştirakçıları gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır”, – müavin bildirib.

Onun sözlərinə görə, Quterreş ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin fəaliyyətinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun vacibliyinə işarə edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »