Gürcüstanda etirazlara səbəb olan qanun geri götürüldü

0

Gürcüstanda etirazlara səbəb olan “xarici agentlər” haqqında qanun layihəsi parlamentdən geri götürülüb.

Bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu” partiyasının, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında deyilir.

Hakimiyyət əhali ilə görüşlərə başlamaq, qanun layihəsinin mahiyyətini və əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq niyyətindədir.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »