İsrail İrandan 30 kilometr aralıda səfirlik AÇIR

0

İsrail Mərkəzi Asiyada İranla ən uzun sərhədi olan Türkmənistanda səfirlik açmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə “Mignews” nəşri yazıb.

Bildirilir ki, İsrail xarici işlər naziri Eli Kohenin qısa müddət ərzində Türkmənistana səfər edərək ölkənin paytaxtı Aşqabadda səfirlik açması gözlənilir.

İrandan cəmi 30 kilometr məsafədə yerləşən Aşqabad şəhərindəki səfirlik İsrailin İran sərhədinə ən yaxın rəsmi nümayəndəliyi olacaq.

Nəşr qeyd edir ki, Kohenin Türkmənistana səfəri və səfirliyin açılması İrana İsrailin regionda real və artan təsirə malik olduğunu göstərmək məqsədi daşıyır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »