4 ölkə BMT-də islahatlar aparmağa ÇAĞIRDI

0

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını tələb edib.

Bu barədə nazirlərin birgə bəyanatında qeyd olunub.

“Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi də daxil olmaqla, hərtərəfli islahat gündəliyi vasitəsilə BMT-nin gücləndirilməsinə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləyirik”, – nazirlər bildirib.

Bəyanatda qeyd edilib ki, dörd ölkə BMT Təhlükəsizlik Şurasının “daha ​​effektiv, təmsilçi və etibarlı” olması məqsədilə islahatların aparılması üçün danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürürlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »