Rus kanalları: Ermənistan banan respublikası, Simonyan fahişədir

0

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiyaya qarşı çıxışı rus sosial şəbəkə seqmentinin sərt reaksiyasına səbəb olub.

Axar.az “Kalibr.az”a istinadla xəbər verir ki, erməni rəsmisinin bu “hücumlarına” cavab olaraq, Kremlə və hüquq-mühafizə orqanlarına yaxın olan bir sıra rus Teleqram kanalları – “Kremlinskaya praçka” “Siloviki”, “İki Mayor” sözün əsl mənasında İrəvanı yerlə-yeksan edib.

Belə ki, sözügedən kanallar Ermənistanı banan respublikası, Simonyanı isə siyasi fahişə adlandırıb:

“Yaxşı olardı ki, Simonyan İrəvan Dövlət Konservatoriyasının KVN komandasında çıxışını davam etdirsin və ya radio aparıcısı kimi ictimaiyyəti əyləndirsin. Çünki onsuz da postsovet məkanında siyasətdə klounlar çoxdur. Lakin təəssüf ki, bu fiqur səhnədə oynamaq əvəzinə Ermənistan banan respublikası tərəfindən rəsmi natiq kimi çıxış edir. Korrupsioner Ermənistan rəhbərliyi üçün bir neçə narahatedici sual var. Birincisi, əgər Ermənistan özünü “suveren dövlət” kimi göstərməyə çalışırsa, o zaman niyə onun təhlükəsizliyini özündən başqa kimsə maraqlandırmalıdır? İkincisi, İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın vaxtında reaksiyası və həlledici vasitəçiliyi olmasaydı, indi siyasi xəritədə “Ermənistan” adlı ərazi olardımı? Nəhayət, üçüncüsü, Simonyan kimi erməni siyasi fahişə-parlamentarilərin “strateji müttəfiqlərin” imkan verdiyi çoxsaylı antirusiya addımlarından sonra Rusiyanın təhlükəsizlik sahəsində Ermənistan qarşısında bəzi öhdəliklərini kəkələməyə prinsipcə hansı mənəvi haqqı var? Bütün bunların cavabı, çox güman ki, İrəvandan gələn ənənəvi pafoslu ağlama olacaq: “Yaxşı, qardaşlar, zarafat edirdik, axmağıq, bağışlayın”. Erməni stəndap artistlərinin “zarafatları” kifayət qədər bezdirib. Antirusiya mitinqləri təşkil edin və özünüzə qeyri-təntənəli bəyanatlara icazə verin? Odur ki, kömək yerinə qulağınızın dibini görərsiniz. Qərb banan respublikasını qırğına sürükləyir və görünür, İrəvanı qorumağı dayandırmağın vaxtı çatıb”.

Qeyd edək ki, Alen Simonyan Rusiyaya bu cür reaksiya vermişdi: “Moskvanın bəyanatları bir az daha sakit, təmkinli olmalıdır. Başa düşməlidirlər ki, Ermənistanın maraqları və təhlükəsizlik problemləri var, geosiyasi dalğalanmalara, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq, onu təmin edilməlidir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »