İran nüvə silahı əldə etməyə çox yaxındır

0

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA – MAQATE) İranın demək olar ki, nüvə silahı dərəcəsinə qədər zənginləşdirilmiş urana malik olduğunu təsdiqləyib.

İranda son üç ayda 60%-dən çox zənginləşdirilmiş uranın miqdarı 25.2 kiloqramdan 87.5 kiloqrama yüksəlib.

Bildirilib ki, bir nüvə bombasının istehsalı üçün 60%-ə qədər zənginləşdirilmiş 55 kiloqram uran kifayət edir. Yəni İran nüvə silahı üçün materialı 12 günə əldə edə bilər.

Qeyd edək ki, Tramp administrasiyası 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran nüvə proqramının inkişafında irəliləyişlə yanaşı, nüvə silahı yaratmaq qabiliyyətini əsaslı şəkildə inkişaf etdirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »