Rusiyanın Ukraynadakı itkiləri 150 minə çatır

0

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 550 hərbçisini itirib.

 “Unian” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 149 240 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 9 zirehli döyüş maşını, 6 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »