ABŞ Ukraynaya yardım üçün 75.5 milyard dollar ayırıb

0

2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ABŞ Ukraynaya yardım üçün 75.5 milyard dollar ayırıb.

Modern.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

Məlumata görə, hərbi yardıma 29.3 milyard dollar xərclənib. Vaşinqton daha 45 milyard dolları Ukraynanın ümumi təhlükəsizliyini təmin etmək, iqtisadiyyatını, enerji təhlükəsizliyini və Rusiyanın hücumları nəticəsində yaranan humanitar böhranın öhdəsindən gəlmək imkanlarını bərpa etmək üçün göndərib. Belə ki, 1.9 milyard dollar humanitar yardıma yönəldilib.

Nəşr həmçinin Ukraynaya tədarük edilən xüsusi silahlara çəkilən xərcləri də hesablayıb. Hər bir HIMARS-ın qiyməti 4 milyon dollar, bir raket isə 100 min dollardır. Ümumilikdə ABŞ Kiyevə 20 belə sistem göndərib. Bundan əlavə, Ukrayna hər biri 10 milyon dollara başa gələn 31 “Abrams” tankı alacaq. Vaşinqton Kiyevə 8.5 mindən çox “Javelin” tank əleyhinə sistemləri, 1.6 mindən çox “Stinger” zenit sistemi, 13 min qumbaraatan, “Patriot” hava hücumundan müdafiə batareyası, 20 MI-17 helikopteri, 700 “Switchblade” dronu və 1.8 min “Phoenix Ghost” PUA-sı, 109 “Bradley” piyadaların döyüş maşını da tədarük edəcək.

Qeyd edək ki, fevralın 20-də ABŞ prezidenti Co Baydenin Kiyevə səfərinin ardınca Vaşinqton Ukrayna üçün 460 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »