Qaribaşvili Hataya gedir

0

Gürcüstanın baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Türkiyəyə səfər edib.

Modern.az Gürcüstan hökumətinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Qaribaşvili ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş planlaşdırılır.

Bildirilib ki, Gürcüstanın hökumət başçısı zəlzələdən zərər çəkmiş Hatay vilayətinə baş çəkəcək, burada Gürcüstan Daxili İşlər Nazirliyinin xilasetmə qrupları ilə görüşəcək.

“Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə daxili işlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili daxildir”, – məlumatda qeyd olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »