Lavrovun müavini START-dan danışdı – Qlobal münaqişənin astanasındayıq

0

“İndi Vaşinqtonun davranışının yaxşılığa doğru dəyişdiyini göstərən heç bir əlamət yoxdur”.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib. O, Nüvə Silahının Məhdudlaşdırılması Sazişindən (START) də danışıb.

“Rusiya Federasiyası nüvə silahının qarşısının alınması sahəsində sübut edilmiş təcrübəyə malikdir. Rusiya ABŞ-ın START müddəalarına əməl etməsinə nəzarət etmək üçün öz vasitələrindən istifadə edə bilər. Rusiya START-a əməl etməyə davam edəcək, bu, hazırkı mərhələdə strateji sabitliyi qorumaq üçün kifayətdir. Rusiya Federasiyası artıq Fransa və İngiltərənin potensialına laqeyd qala bilməz, onların silahları ABŞ-la birlikdə Moskvaya qarşı bir yumruq təşkil edir. START ətrafında vəziyyətlə bağlı Rusiya Federasiyasının ABŞ, Böyük Britaniya və Fransa ilə təmasları nəzərdə tutulmur. Əgər ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, o zaman Moskva nüvə silahı da daxil olmaqla istənilən silahla özünü müdafiə edəcək və deməliyəm ki, dünya qlobal münaqişə astanasındadır”, – Ryabkov bəyan edib.

“Ola bilsin ki, ABŞ özü START-dan çıxa bilsin”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Federal Məclisə illik müraciətində ölkəsinin bu müqavilədən çıxdığını elan etmişdi. Qərb ölkələri və beynəlxalq təşkilatlar Putinin bu qərarını mənfi qiymətləndirdiklərini açıqlamışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »