Ermənistanla Rusiya döyüş qardaşlarıdır – Səfir

0

“Ermənistan Rusiya üçün yaxın müttəfiqdir və bu, daimi faktdır”.

 “Sputnik Armenia” xəbər verir ki, bunu Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

“Rusiya Federasiyası bunu ölkə rəhbərliyi səviyyəsində bəyan edir. Müdafiə sahəsində, təhlükəsizlik məsələlərində əməkdaşlığımız qarşılıqlı fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Əsrlər boyu formalaşmış döyüş qardaşlığı ənənələri hələ də davam edir, bu, çox vacib məqamdır. Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir”, – deyə o qeyd edib.

Səfir, həmçinin qeyd edib ki, o, iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »