Azərbaycanda 20 kişi zorakılığa məruz qalıb

0

2022-ci ildə 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər.

Bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova deyib.

O bildirib ki, ötən il uşaqlarla bağlı 81 müraciət alıblar: “Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »