G7-nin maliyyə şefləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

0

G7 (Böyük Yeddilik) ölkələrinin maliyyə qurumlarının rəhbərlərinin görüşü olacaq.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, görüş 23 fevralda baş tutacaq.

Bildirilib ki, Ukraynanın Rusiya tərəfindən genişmiqyaslı işğalına başlanmasının ildönümü ərəfəsində keçiriləcək görüşdə müharibəyə son qoymaq üçün Rusiya Federasiyasına qarşı sanksiyalar və görülə biləcək digər tədbirlər müzakirə olunacaq.

Görüş iştirakçılarının konkret siyahısı barədə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ, Kanada, Yaponiya, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya G7-yə daxil olan ölkələrdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »