2 gündə Ermənistan ordusunun 3 hərbçisi ÖLDÜ

0

Ermənistanda hərbi qulluqçular qar uçqunu nəticəsində qəzaya düşüb.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün saat 19.40 radələrində hərbçilər Zoran Arzumanyan və Zorak Yeranosyanın olduğu UAZ markalı avtomobil qar uçqunu nəticəsində Zəngəzurun Xanazax kəndi yaxınlığında dərəyə yuvarlanıb, onların hər ikisi ölüb.

Məlumata görə, daha iki əsgər müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına çatdırılıb.

Qeyd edək ki, dünən daha bir Ermənistan hərbçisi güllə yarasından ölmüşdü.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »