Rusiyanın ehtiyatı tükənib: Ukraynanın əks-hücumu…

0

Qərb lazımi hərbi yardım göstərsə, Ukrayna yaxın bir neçə ay ərzində genişmiqyaslı əks-hücum əməliyyatına başlaya bilər.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiyanın Ukraynadakı bahalı hərbi kampaniyası texnika və canlı qüvvə ehtiyatını əhəmiyyətli dərəcədə tükəndirib. Kremlin qısa müddətdə vurulmuş hərbi avadanlıqları təmir edə bilməməsi Rusiyanın manevr müharibəsi aparmaq imkanlarını daha da məhdudlaşdırır və ordunu köhnə texnikaya arxalanmağa məcbur edir. Ukrayna qarşıdakı bir neçə ay ərzində genişmiqyaslı əks-hücum əməliyyatına başlayacaq. Lakin bu, Qərbin Kiyevi nə qədər tez və hansı miqyasda lazımi hərbi yardım, xüsusən də tanklar və zirehli maşınlarla təmin etməsindən çox asılı olacaq”,- məlumatda deyilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »