Ermənistanda Müdafiə Nazirliyinin binasında 20 nəfər saxlanıldı

0

Ermənistanda Müdafiə Nazirliyinin köhnə binası qarşısında 20-yə yaxın şəxs saxlanılıb.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimai Asayişin Təmin Olunması Baş İdarəsinin rəis müavini Gevorq Azizyan jurnalistlərə bildirib.

Saxlanılanların hamısının polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə tutulduğu qeyd olunub. Onlar binadan çıxarılıblar.

O deyib ki, sakinlərə binada olmalarının qanunsuzluğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.

“Yanvarın 31-də isə onlara fevralın 12-nə kimi çıxıb getmək üçün vaxt verilib. Polis qanuni və hökumətin qərarı əsasında fəaliyyət göstərir”, – deyə o bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »