Britaniya kralı Türkiyəyə yardım fonduna ianə etdi

0

Kral Çarlz fevralın 6-da Kahramanmaraşda baş verən və ətraf bölgələrdə də itkilərə səbəb olan zəlzələ ilə bağlı Londonda türk icmasının nümayəndələri ilə görüşüb.

BBC xəbər verir ki, Londonun qərbindəki Hyunslouda Türkiyəyə göndəriləcək yardımın təşkilatçılıq işləri ilə məşğul olan türklərə baş çəkən Kral Çarlz zəlzələdən sonra yaradılmış yardım fonduna şəxsən ianə edib.

Fond indiyədək ümumilikdə 60 milyon funt-sterlinq ianə toplayıb. Kralı Türkiyənin Londondakı səfiri Ümit Yalçın müşayiət edib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »