Musəvinin “İranı dəyişmək” təklifinə dəstək gəldi

0

Keçmiş baş nazir Mir Hüseyn Musəvinin İran siyasi sisteminin dəyişdirilməsi ilə bağlı 3 mərhələli təklifini 300-dən çox siyasi və media fəalı bəyanat imzalayaraq dəstəkləyib.

Axar.az xəbər verir ki, fəallar hazırkı hakimiyyətin islahata əl atacağına inanmadıqlarını ifadə ediblər.

Bəyanatı imzalayanlar son aylar İranda baş verən ümumi etirazların hakimiyyətə ölümcül zərbə vurmasına baxmayaraq, rejimin repressiyaları davam etdirdiyini, totalitar sistemi qorumaqda israrlı olduğunu bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə keçmiş baş nazir Mir Hüseyn Musəvi ümumi referondumun keçirilməsini təklif edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »