Ərdoğanın sözçüsü Yunanıstan baş nazirinə təşəkkür etdi

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Yunanıstan baş naziri Kirakos Miçotakisə təşəkkür edib.

Kalın bu gün tviterdə Miçotakisin 3 gün əvvəlki paylaşımına cavab yazıb.

“İçimizi kədərlə dolduran görüntüləri, bizi ümidlə dolduran görüntülər izləyir. Xilasetmə qruplarının insanüstü səylərinə tək kəlmə ilə sayğı duyuruq. Yunanlar və türklər yan-yana həyat xilas etmək üçün birlikdə savaşırlar. Etdiklərinə görə onlara minnətdarıq”, – deyə Yunanıstan baş naziri yazmışdı.

“Cənab baş nazir, bütün dəstəkləriniz üçün təşəkkür edirik”, – deyə Kalın Miçotakisə cavabında bildirib.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bu ölkəyə yardım göndərən dövlətlərdən biri də Yunanıstandır. Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 17 674 nəfər həyatını itirib, 72 879 nəfər isə yaralanıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »