Erməni general məhkəmə qarşısına çıxarılır

0

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyana qarşı İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində iki ilə yaxındır araşdırılan cinayət işi yekunlaşıb.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Bildirilir ki, şahidlərin demək olar ki, hamısı dindirilib. Yaxın günlərdə generalın məhkəməsi başlayacaq.

Xatırladaq ki, Milli Təhlükəsizlik Xidməti general Movses Akopyana qarşı dövlət sirrini yayması faktı ilə bağlı cinayət işi açıb. General 44 günlük müharibənin gedişi zamanı bir sıra açıqlamalar verməklə qalmaqal yaratmışdı.

Maraqlıdır ki, işə baxılması əvvəlcə hakim Vaçe Marqaryana verilib, amma o, bundan imtina edib. Bildirib ki, əvvəllər Movses Akopyanın əsgəri olduğundan onu mühakimə etmək istəmir. Nəticədə iş hakim Manvel Şahverdyanın icraatına verilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »