Təbrizdən İraqın Kərbəla şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin baş direktoru Payam Cəlali məlumat yayıb.
“Fevralın 2-si saat 03:30 radələrində Şərqi Azərbaycandan olan sərnişinləri daşıyan avtobus Kamyaran-Sənəndəc yolunda qəzaya uğrayıb. Nəticədə 48 nəfər yaralanıb. Yaralılardan yeddisi tibb mərkəzlərinə köçürülüb və onlardan dördü xüsusi nəzarət altındadır”, – Cəlali bildirib.
77 baxış