Güneyli rejissor ölüm aclığına başladı

0

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb.

Bu barədə rejissorun həyat yoldaşı Tahirə Səidi özünün sosial media hesabında yazıb.

“Qanunsuzluqlara və hüquqlarımın pozulmasına görə, fevralın 1-dən quru aclığa başlayıram. Bunu sərbət buraxılana və ya həyatımı itirənə kimi davam etdirəcəyəm”, – Cəfər Pənahi həyat yoldaşına bildirib.

İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »