Erməni zabit casus çıxdı: hansı sirləri satıb?

0

Ermənistan ordusunun daha bir hərbçisi dövlətə xəyanətdə ittiham olunub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistan vətəndaşı, kapitan rütbəli hərbçi 2021-ci ilin əvvəlində xarici kəşfiyyat orqanlarının diqqət mərkəzində olub və onlar tərəfindən əməkdaşlığa cəlb edilib.

Bildirilib ki, zabit başqa hərbi hissəyə köçürüldükdən sonra Ermənistanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məxfi məlumatları ödənişlə toplayaraq ötürməyi öhdəsinə götürüb. Və 2021-ci ilin aprelindən may ayına qədər müxtəlif telefon proqramlarından istifadə edərək məlumatlar ötürüb.

Məlumata görə, zabit silah növləri, onların miqdarı, Hindistandan alınan texnikalar, döyüş mövqelərinin dislokasiyası haqqında məlumatları ötürürmüş.

Zabit haqqında həbs qətimkan tədbiri seçilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »