NATO artıq Rusiya ilə birbaşa qarşıdurmaya girib

0

NATO artıq Rusiya ilə birbaşa qarşıdurmaya girib.

Bunu Donetsk separatçılarının rəhbəri Denis Puşilin deyib.

O bildirib ki, alyansın qüvvələrinin Rusiya sərhədləri yaxınlığında toplanması “xüsusi hərbi əməliyyat”ın başlamasından xeyli əvvəl nəzərə çarpırdı.

“NATO münaqişəyə lap əvvəldən cəlb olunub və hər gün öz varlığını daha açıq nümayiş etdirir. Biz Ukraynaya silah tədarükünü, NATO qüvvələrinin yenidən silahlandırılmasını və təlimini, Avropanın cənub-şərqində və Baltikyanı ölkələrdə yeni döyüş qruplarının yerləşdirilməsini görürük”, – Puşilin qeyd edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »