AB-nin SEPAH-ı terrorçu kimi tanıması üçün…

0

Avropa dövlətlərindən birinin məhkəməsinin müvafiq qərarı olmadan SEPAH-ın AB-də terror təşkilatı kimi tanınması mümkün deyil.

Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Bu məsələ ilə bağlı çox maraqlı fikirlər var, lakin məhkəmə qərarı olmadan belə bir qərar qəbul oluna bilməz. Kimisə sevmədiyiniz üçün sadəcə terrorçu damğası vura bilməzsiniz. AB ölkələrindən birinin məhkəməsi konkret ittiham hökmü ilə qanuni qərar qəbul etməlidir. Bundan sonra biz Avropa səviyyəsində işləyə bilərik”, – Borrell bildirib.

Qeyd edək ki, Avropa Parlamentində SEPAH-ın terror təşkilatları siyahısına salınması ilə bağlı qətnamə qəbul edilmişdi.

 57 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »