Rusiya məğlub olsa belə, dayanmayacaq – Admiral

0

NATO Rusiyanın Ukrayna ilə müharibədə məğlub olacağı halda belə Kremlin planlarının dəyişməz qalacağını güman edir.

Bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer danışıb.

“Düşünürəm ki, bütün dövlətlər müharibənin nəticəsindən asılı olmayaraq, rusların oxşar ambisiyalarının olması ehtimalı ilə razılaşırlar. Ukrayna ilə müharibədə uduzsalar belə, eyni ambisiyaları davam etdirəcəklər. Və bu səbəbdən təhlükə aradan qalxmır”, – Bauer söyləyib.

O, Ukrayna ilə gedən müharibədə rusların qüvvələrinin bir hissəsini, sursatını, tanklarını, piyadaların döyüş maşınlarını və artilleriya sistemlərini tükəndirdiyini bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »