ABŞ bu döyüş maşınlarını Ukraynaya göndərir

0

ABŞ Ukraynaya ümumi məbləği təxminən 2,5 milyard dollar olan və ilk dəfə olaraq “Stryker”döyüş maşınlarını da əhatə edən böyük hərbi yardım paketini tamamlamağa hazırlaşır.

Bu barədə CNN məlumat yayıb.

Qeyd edilir ki, paket hələ tamamlanmayıb, lakin həftənin sonuna qədər təqdim edilə bilər və bu, müharibənin əvvəlindən bəri elan edilən ən böyük paketlərdən biridir.

Məlumata görə, hərbi yardım paketində daha çox “Bradley” zirehli döyüş maşınları yer alacaq.

Həmçinin siyahıya MRAP kimi tanınan mina əleyhinə maşınlar da daxildir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »