İrana qarşı yeni hazırlıq – Bütün variantların masada olduğu bildirildi

0

Avropa Birliyi (Aİ) Komissiyasının rəsmi nümayəndəsi Didye Reynders AB-nin İranda insan haqları pozulmasına qarşı, o cümlədən “İslam İnqilab Keşikçiləri Korpusu”nun (SEPAH) hədəfə alınması da daxil olmaqla yeni sanksiyaları nəzərdən keçirildiyini və bütün variantların müzakirə edildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Reynders AB-nin bir daha keçmiş müdafiə nazirinin müavini Əli Rza Əkbərinin Böyük Britaniya adına casusluq ittihamı ilə edam edilməsini pislədiyini deyib.

Onun sözlərinə görə, İranda daxili vəziyyət böyük narahatlıq mənbəyi olaraq qalır.

“Sizi əmin edə bilərəm ki, AB-nin İrandakı hadisələrə cavab verməsi üçün bütün variantlar masadadır”, – Reynders vurğulayıb.

Avropa Şurasının SEPAH-ı hədəf almaq da daxil olmaqla yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirdiyini bildirən Reynders həmçinin bütün kommunikasiya kanalları vasitəsilə İran hakimiyyəti ilə dialoq qurmağa davam etdiklərini söyləyib.

Reynders İranda “casusluq”, “çirkli pulların yuyulması” və “valyuta qaçaqmalçılığı” ittihamları ilə mühakimə olunan və 40 il həbs cəzası alan Belçika vətəndaşının ekstradisiyası məsələsinə də toxunub və bununla bağlı üzv dövlətlərlə əməkdaşlıq etdiklərini deyib.

AB sonuncu dəfə 2022-ci il dekabrın 12-də İranda ümumilikdə 24 nəfər və 5 təşkilatı sanksiya siyahısına saldığını açıqlamışdı.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »