AEBA Ukraynadakı iştirakını genişləndirəcək

0

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Ukraynadakı iştirakını genişləndirəcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi bildirib.

O qeyd edib ki, bu, ehtimal edilən nüvə qəzasının qarşısını almaqdan ötrüdür.

R.Qrossi bu istiqamətdə müvafiq addımların atıldığını vurğulayıb.

Xatırladaq ki, R.Qrossi bir müddət əvvəl Ukraynaya səfər edəcəyini və AES-ə baş çəkəcəyini söyləyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »