DİN bu jurnalisti axtarışa VERDİ

0

Rusiya Daxili İşlər Nazirliyi əvvəllər “Rosfinmonitorinq” tərəfindən ekstremistlər siyahısına daxil edilmiş jurnalist Arkadi Babçenkonu axtarışa verib.

“Ria Novosti” xəbər verir ki, jurnalistin Cinayət Məcəlləsinə uyğun axtarışda olduğu bildirlsə də, məlumat bazasında konkret maddə göstərilməyib.

Jurnalistin hansı məqaləyə görə ittiham olunduğu da açıqlanmayıb.

Rusiya vətəndaşlığı olan Babçenko 2017-ci ildən Kiyevdə ATR telekanalında çalışır və burada müəllif proqramı aparırdı. O, Rusiyanı kəskin tənqid edib, Ukrayna təhlükəsizlik qüvvələrinin Donbassdakı hərbi əməliyyatını dəstəkləyib. Jurnalist NATO bayrağı altında Amerikanın Abrams tankı ilə Moskvaya qayıdacağını da bildirib.

2018-ci ilin yayında Ukrayna hakimiyyəti naməlum şəxslərin Babçenkonu evində güllələdiyi barədə məlumat yayıb və mediada hadisə yerindən fotolar yayılıb. Lakin ertəsi gün jurnalist mətbuat konfransında görünüb.

2019-cu ilin payızında Babçenko Ukraynanı tərk edib. Jurnalist sosial şəbəkələrdə bildirib ki, o bunu siyasi əqidəsinə görə edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »