İrana hava zərbələri endirilə bilər – Ekspertlər

0

İrana tətbiq olunan sanksiyalar Tehran rejimini siyasi cəhətdən zəiflətsə də, hərbi gücünə təsir etməyib. Belə olan halda daha sərt addımlar atıla bilər.

Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərinə İranın ortaq olması məsələsini şərh edərkən deyib.

O, İrana müəyyən qabaqlayıcı tədbirlərin mümkün olduğunu deyib:

“İranın Rusiyaya pilotsuz aparatlar verdiyi artıq hər kəsə məlumdur. Bunlar “Şahid-136” və “Şahid- 131” modelləri, az bir miqdarda da “Mühacir-6” PUA-larıdır. Hazırda “Mühacir-6” modeli Ukrayna ordusunda rusların özünə qarşı istifadə olunur. Həm ABŞ, həm də İsrail rəsmiləri tərəfindən səslənən fikirlər onu deməyə əsas verir ki, İranın bəzi obyektlərinə, nüvə tədqiqatları ilə məşğul olan araşdırma mərkəzlərinə, PUA istehsal edən müəsissələrinə qarşı hava zərbələri endirilə bilər. Bunlar müəyyən qabaqlayıcı zərbələr hesab olunur”.

Hərbi ekspert Elxan Şıxəliyev də bildirib ki, hazırki məqamda əsas istiqamət Ukraynaya yönəldiyindən İranı birbaşa müdaxilə ağlabatan görünmür:

“Əsas fikir Ukrayna üzərində cəmləşib. Müharibənin iki cəbhədə aparılması NATO ölkələri üçün arzuolunan deyil. Amma hava zərbələri istisna deyil.

İranın nüvə silahına sahib olmamasına çalışırlar. Buna görə də nüvə obyektlərinə havadan zərbələr endirilməsi ehtimalı böyükdür. Ancaq Ukrayna-Rusiya müharibəsi sonlanmayana qədər bunu gözləməyimiz bir az doğru olmazdı”.

Ekspertin sözlərinə görə, İranı hərbi gücdən daha çox, sanksiyalarla, siyasi qadağalarla çəkindirməyə çalışacaqlar:

“Hər bir halda artıq İran və Rusiya eyni müstəvidədir. Onların dünya siyasətinə təsirini azaltmaq üçün zəiflətməyə çalışırlar”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »