Papanın ölümünə görə matəm elan olundu

0

Sabiq Roma Papası XVI Benediktin ölümü ilə bağlı Kubada matəm elan olunub.

 TASS xəbər verir ki, bu barədə yerli “Qranma” qəzeti məlumat yayıb.

Bildirilib ki, matəm bir gün davam edəcək. Bununla əlaqədar olaraq dövlət idarələrində bayraqlar yarıya qədər endirilib.

XVI Benedikt 2012-ci ildə bu ölkəyə səfər edib.

Qeyd edək ki, bu gün Vatikanda dəfn mərasimi keçirilən XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə təqaüdə çıxan ilk papa vəzifəsini icra edən din xadimi olub və son on ildə monastırda yaşayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »