Almaniya Ukraynaya nə qədər yardım göstərib?

0

Ötən il fevralın 24-dən – müharibə başlayandan Ukrayna Almaniyadan 12 milyard avrodan çox yardım alıb.

Axar.az xəbər verir ki, bunu Almaniya Federal Hökumətinin sözçüsü Volfqanq Büxner deyib.

O qeyd edib ki, hərbi dəstək haqqında məlumat Federal Hökumətin saytında açıqlanır.

Onun sözlərinə görə, Almaniya Ukraynanı lazım olan silahlarla təmin edir.

“Almaniya bunu elə edir ki, həm ölkəsi, həm də NATO müharibədə tərəfə çevrilməsin. Berlin bu prinsipə riayət edəcək”, – deyə o vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »