Paşinyan Moskvaya ultimatum verdi

0

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın yolunda vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb.

“Caliber.az” xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

“Qarabağ qarşısında konkret öhdəliklər götürmüş Rusiya vəziyyəti necə qiymətləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün plan və yol xəritəsinin nədən ibarət olduğunu izah etməlidir. Sizə xatırlatmaq istəyirəm ki, Rusiya həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman Kreml BMT sülhməramlı kontingentnin mandatını almaq barədə BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent yerləşdirilməlidir”, – o bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »