Kim Çen İn ordunu gücləndirmək tapşırığı verdi

0

Şimali Koreya lideri Kim Çen İn yarımadadakı eskalasiya ilə bağlı xəbərlər fonunda Koreya Fəhlə Partiyasının plenar iclasında 2023-cü ildə ölkənin müdafiə potensialının gücləndirilməsini tapşırıb.

Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Şimali Koreya lideri iki günlük partiya plenumunda milli müdafiə hədəflərini müəyyənləşdirib. Kim Çen İn dəyişən vəziyyət qarşısında 2023-cü ildə əldə ediləcək özünümüdafiəni gücləndirmək üçün yeni əsas məqsədləri qeyd edib”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreyaya aid kiçik miqyaslı 5 PUA Cənubi Koreya ərazisinə soxulmuşdu. Rəsmi Seul qırıcı, helikopter və digər vasitələri havaya qaldıraraq PUA-ları vurmağa çalışdı. 5 saatlıq əməliyyat və təxminən 100 atəşdən sonra bir dənə də dron vura bilmədilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »