İranda etirazlar davam edir

0

İranda ölkə əhalisinin hökumətə qarşı keçirdiyi aksiyalar davam edib.

Aksiyalar İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində keçirilib.

Etirazlarda “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xameneyi qatildir, rəhbərliyi batildir” və s. şüarlar səsləndirilib.

İranda fəallar dekabrın 19, 20 və 21-də xalqı üç günlük etiraz aksiyalarına qatılmağa çağırıb. Çağırışdan dəstəkləyən yüzlərlə insan gecə saatlarında İranın küçələrinə çıxıb. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib.

Bundan əlavə, İran ordusunun rəsmi saytı “Anonymous” haker qrupu tərəfindən dağıdıldı.

İran rejimi etnik bəluç uşaqlar – 15 yaşlı Məhəmməd Rəxşani və 16 yaşlı Əli Rəxşani barəsində ölüm hökmü çıxarıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »