ABŞ Ukraynaya ordu yeridə bilər – Makqreqor

0

ABŞ-ın hazırkı administrasiyası Ukraynanın qərbində sülh, demokratiya və azadlıqların müdafiəsi adı altında silahlı qüvvələrini yerləşdirə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor deyib.

“Qorxuram ki, Co Bayden televiziyada amerikalılara müraciət edərək, Qərbi Ukraynada təhlükəsiz zona yaratmaq üçün oraya silahlı qüvvələri göndərdiyini elan etsin. Söhbət sülh, demokratiya və azadlıqdan gedəcək, baxmayaraq ki, bunun Ukraynada baş verənlər ilə heç bir əlaqəsi yoxdur”, – Makqreqor bildirib.

O qeyd edib ki, ABŞ hakimiyyəti 1965-ci ildə Vyetnamdakı hərbi münaqişəyə tammiqyaslı müdaxilənin başlanğıcında oxşar ritorikadan istifadə edib.

“Lakin indi söhbət Vyetnamdan yox, böyük güc olan Rusiyadan gedir”, – Makqreqor bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »