İranın havası fəlakətə səbəb oldu – 42 min ölü

0

2021-ci ildə İranda havanın çirkli olması səbəbindən 41 min 700-dən çox insan həyatını itirib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran parlamentinin Ətraf mühit qrupunun sədri Süməyya Rafii bildirib.

O, Sənaye, Mədən və Ticarət Nazirliyinin ölkəyə gətiriləcək avtomobillərin emissiya standartını avro-6-dan avro 5-ə endirmək təklifini tənqid edib.

Rafii havanın çirkliliyinin ölkəyə ildə təqribən 7-11 milyard dollar ziyan vurduğunu deyib. O, martın 21-dən etibarən paytaxt Tehranda havanın keyfiyyət indeksi baxımından qeyri-sağlam günlərin sayının əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə artdığını diqqətə çatdırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »