Ərdoğan Əsədlə görüşün anonsunu verdi

0

“Liderlər olaraq görüşək”.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda Suriya-Türkiyə-Rusiya üçlüsü olaraq addım atmaq istəyirik. Bunun üçün də əvvəlcə kəşfiyyat təşkilatlarımız, sonra müdafiə nazirlərimiz, xarici işlər nazirlərimiz görüşməlidir. Bundan sonra istəyirik ki, liderlər olaraq görüşək. Bunu cənab Putinə təklif eləmişəm, o da müsbət baxıb”, – deyə Ərdoğan söyləyib.

Türkiyə prezidenti, həmçinin terror məsələsinə toxunub: “Başqa bir məsələ də var. Terror təşkilatları Suriyada, xüsusən şimalda dinc durmurlar. Zaman-zaman ölkəmizi təhdid, təhrik edirlər, hər şey edirlər. Bizim də Soçi razılaşması olsun, Astana razılaşması olsun, verdiyimiz qərarlar var. Bu qərar nədir? Sərhədimizdən 30 kilometr cənuba doğru narahat edildikdə təhlükəsizlik dəhlizimiz olsun. Bu dəhlizdə biz hər cür addımı ata bilərik. Bu təzə bir şey deyil. Bizim Suriyada Rusiya olan koordinasiyamız da yeni deyil. Suriyada bir də koalisiya qüvvələri məsələsi var. Başda ABŞ, yanında Fransa, Almaniya, İngiltərə var. Bütün bunların olduğu coğrafiyada biz ölkəmizin təhlükəsizliyi üçün tədbirlər görürük. Suriyada terror təşkilatını bəsləyənlər var”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »