5 rusiyalı ABŞ-dan Rusiyaya silah daşıyırmış

0

ABŞ Rusiyanın 5, Amerikanın isə 2 vətəndaşını sanksiyalardan yayınaraq Rusiyanın müdafiə sektoru üçün hərbi texnologiya almaqda ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslərin hər birini 30 ilədək həbs cəzası gözləyir:

“İş üzrə bütün təqsirləndirilən şəxslərə 16 maddə üzrə ittiham irəli sürülüb. Onlar ABŞ sanksiyalarını pozaraq, snayper sursatlarını qaçaqmalçılıq yolu ilə Amerika şirkətlərindən Rusiyaya daşımaqda ittiham olunurlar. Müttəhimlərin qanunsuz olaraq alıb ixrac etdikləri bəzi komponentlər nüvə və hipersəs silahların hazırlanması üçün istifadə oluna bilər. Onlar ABŞ vətəndaşları Aleksey Brayman və Vadim Yermolenko, Rusiya vətəndaşları Yevgeni Qrinin, Aleksey İpolitov, Boris Livşits, Svetlana Skvortsova və Vadim Konoşenkodur”.

Ədliyyə Nazirliyi Konoşenkonun FTX-nin zabiti olduğuna inanır:

”O, Estoniyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə Amerika mənşəli mallar, o cümlədən ikili təyinatlı elektronika və ixrac nəzarəti altında olan hərbi sursatlar keçirib. Dekabrın 6-da Estoniya hakimiyyəti onu ABŞ-ın tələbi ilə həbs edib və ekstradisiya etməyə hazırlaşır. Müttəhimlər Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan “Serniya Engineering” və “Sertal” şirkətləri ilə əlaqəli olublar”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »