Ukrayna bu halda Krıma daxil olacaq

0

Ruslar Melitopolu itirən kimi Ukrayna qüvvələri Kremlin müvəqqəti işğal etdiyi Krıma yaxınlaşacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Melitopol “yıxılırsa”, Xersonun bütün müdafiəsi dağılır. Ukrayna ordusu Krımla sərhədə doğru yaxınlaşıb. Düşünürəm ki, ruslar Melitopolda böyük miqdarda maddi ehtiyat saxlayır”, – o bildirib.

Onun fikrincə, rusların orada heç bir şansı yoxdur, baxmayaraq ki, orada rus ordusunun ən azı 12 BTQ-si cəmləşib:

“Orada vəziyyət ağırdır, bütün xətt üzrə döyüşlər gedir”.

 98 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »