Xameneinin bacısı qızına hökm oxunub

0

İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Muradxaninin vəkli Məhəmməd Hüseyn Ağassi dekabrın 9-da bildirib.

Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »