Rəisi xarici düşmən axtarır, interneti bağlatdırdı

0

Bu gün düşmənlər tərəfindən təhlükəsizliyimizə olan təhdidlərinin qarşısını almaq üçün internetə məhdudiyyət qoyulub.

Bunu İran Prezidenti İbrahim Rəisi Tehran Universitetindəki çıxışında deyib.

“Əgər kimlərsə gəlib internet məkanında düşmən kimi fəaliyyət göstərib, ölkəni məhv etmək istəyirsə, ona icazə verməliyikmi deyirsiniz?”

Rəisinin bu sözləri hökumətin “milli internet” yaratmaq planı ilə bağlı fərziyyələri gücləndirib. O, nazirə və müvafiq məsul şəxslərə yerli internet platformalarının yaradılması və fəaliyyəti ilə bağlı göstəriş verdiyini bildirib.

Xatırladaq ki, İran hökumətinin yerli platformalar yaradaraq, İranda azad interneti kəsmək istəməsi bir neçə il öncəki planlarındandır. İranda yerli “Gap” adlı messencerin yaradıcı komandası bildirir ki, onlar “Virasti” adında yeni bir şəbəkə yaradaraq istifadəyə veriblər. Deyilənə görə, bu, ilk baxışdan dizayn və istifadə qaydalarına görə Tvitterə oxşayır. Hətta loqosu da Tvitterın loqosuna bənzəyir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »