Türkiyə inflyasiyanın pik həddini geridə qoydu

0

Türkiyə inflyasiyanın pik həddini geridə qoyaraq, bu göstəricidə azalma tendensiyasına girib.

Bunu Türkiyə xəzinə və maliyyə naziri Nurəddin Nəbati deyib.

“Noyabrda inflyasiya 84,39 faizə enib, yerli istehsalçı qiymətləri indeksi isə illik 157,69 faizdən 136,02 faizə düşüb.

Əgər gözlənilməz qlobal dəyişiklik olmazsa, biz demək olar ki, inflyasiyanın pik həddini geridə qoyaraq azalma tendensiyasına daxil olmuşuq”, – N.Nəbati bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »