Putin Lukaşenko ilə razılığa gəldi

0

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı dekabrda görüşün keçirilməsi barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, görüşlə bağlı Rusiya KİV-ində yayılan məlumatda deyilir:

“Prezidentlər həmçinin gələcək təmasların qrafikini müəyyənləşdiriblər, birlik quruculuğunun həyata keçirilməsinin praktiki məsələlərini və iqtisadi məsələləri müzakirə etmək üçün dekabrda görüş keçirməyə razılaşıblar”.

Məlumata görə, dövlət başçıları telefonla Avrasiya İqtisadi İttifaqının Qırğızıstanda keçiriləcək sammitinin gündəliyini də müzakirə ediblər.

“Biz beynəlxalq gündəliyi və vəziyyəti, birgə fəaliyyətin əlaqələndirilməsini müzakirə etdik. Həmçinin ikitərəfli əməkdaşlığın mühüm məsələləri – idxalın əvəzlənməsi, müttəfiq proqramların həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq”, – Belarus prezidentinin adından yayılan açıqlamada deyilir.

Tərəflər humanitar sahədə, xüsusən də elm sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriblər. Aleksandr Lukaşenko və Vladimir Putin bir il ərzində Elmlər Akademiyasının bazasında Belarus və Rusiya Gənc Alimlərinin Konqresinin təşkili və keçirilməsi barədə razılığa gəliblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »