Blinken ABŞ-ın Ukraynanı HHM sistemləri ilə təmin etməyə hazır olduğunu təsdiqləyib

0

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya ABŞ-ın Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə hazır olduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin görüşlə bağlı yaydığı məlumatda deyilir.

“Dövlət katibi xarici işlər naziri Kulebaya ABŞ-ın Ukraynanın müdafiə və çəkindirmə imkanlarını, xüsusən də hava hücumundan müdafiə imkanlarını dəstəkləməkdə qəti öhdəliyini bir daha təsdiqlədi” – məlumatda vurğulanıb.

Onlar həmçinin Ukraynanın enerji infrastrukturu və onun uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində ehtiyaclarına dair görüşlərin nəticələrini müzakirə ediblər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »